Medianews.az
“Hizbullah” liderinin qardaşı oğlu və katibi
82 baxış

“Hizbullah” liderinin qardaşı oğlu və katibi ÖLDÜRÜLDÜ

Ötən gün İsrail Müdafiə Ordusu (IDF) həyata keçirdiyi əməliyyat nəticəsində “Hizbullah”ın baş katibi Naim Qasemin şəxsi katibi və qardaşı oğlu Əli Yusif Haraşini öldürüb.

İsrail mediasının məlumatına görə, Haraşi baş katib Naim Qasemin yaxın müşaviri olub, onun ofisinin idarə olunmasında və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayıb.

Attachment
 Naim Qasem

Gecə saatlarında İDF Livanın Litani çayı üzərində yerləşən iki əsas körpüyə də zərbələr endirib.

Bu körpülərdən “Hizbullah” döyüşçüləri şimaldan cənuba minlərlə silah, raket və buraxılış qurğularının daşınması üçün istifadə edirdi.

Bundan əlavə, Livanın cənubunda qruplaşmaya məxsus 10-a yaxın silah anbarı, raket qurğuları və qərargahlar da hücuma məruz qalaraq sıradan çıxarılıb./musavat.com

Bizə qoşulun