Medianews.az
Heydər Əliyev prospektində ağır qəza olub,
84 baxış

Heydər Əliyev prospektində ağır qəza olub, yaralılar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, prospektdə hərəkətdə olan "Hyundai ix35" markalı minik avtomobili ilə "Changan" markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən hər iki avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, qəza nəticəsində xəsarət alanlar var.

Qəza səbəbindən prospektdə avtomobillərin hərəkətində ciddi sıxlıq müşahidə olunur.

Bizə qoşulun