İtaliyada həkimlərin səhvi ucbatından 53 yaşlı qadın yeddi ay qarnında cərrahi qayçı ilə yaşayıb.
Medianews.az xəbər verir ki, hadisə 2025-ci ilin oktyabrında özəl klinikada keçirilən plastik əməliyyatdan sonra baş verib.
Qadın evə qayıtdıqdan sonra güclü ağrılar hiss edib və huşunu itirib. Həkimlər bunu əməliyyatdan sonrakı normal vəziyyət kimi qiymətləndirib və ona antibiotik müalicəsi təyin ediblər.
Lakin vəziyyəti yaxşılaşmayan pasiyent 2026-cı ilin mayında kompüter tomoqrafiyasından keçib. Müayinə zamanı onun qarnında cərrahi qayçının qaldığı məlum olub.
Səhvə yol verən cərrah qayçının çıxarılması üçün yenidən əməliyyat təklif etsə də, qadın bundan imtina edib və başqa klinikada müalicə gözləyir.
Medianews.az