Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov Mərakeş millisinin DÇ-2026-nın 1/16 finalında Niderlandı turnirdən kənarlaşdırmasına reaksiya verib.
Medianews.az xəbər verir ki, əfsanəvi döyüşçü öz teleqram kanalında Mərakeş futboluna heyranlığını gizlətməyib:
"Burada intriqa olmaya bilməzdi, turnirin ən maraqlı iki komandası qarşılaşdı. Niderland hər dünya çempionatında fırlanır, amma hədəfə çata bilmir, həm yazığım gəlir, həm də nəsə aydın deyil. Mərakeş isə əsl vəhşidir! Meydana çıxıb sona qədər döyüşürlər. Yeri gəlmişkən, Mərakeş gənclər arasında son dünya çempionudur, bu ölkədə futbolun inkişafı çox ciddidir. Mərakeşə görə çox şadam".
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatsa da, penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn Mərakeş növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, 1/8 finalda Mərakeş millisi iyulun 4-də Hyustonda Kanada komandası ilə qarşılaşacaq.
Medianews.az