Medianews.az
Günəşdə son iki ay yarımın ən böyük partlayışı oldu -
84 baxış

Günəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEO

Günəş səthində son iki ay yarımda ən güclü hesab edilən X2.5 dərəcəli partlayış müşahidə olunub.

 Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.

Nəşrin məlumatına əsasən, sonuncu dəfə X4.2 səviyyəli daha böyük təbiət hadisəsi fevralın 4-də qeydə alınıb.

Alimlərin sözlərinə görə, gecə saatlarında baş verən partlayış böyük plazma tullantısı ilə müşayiət olunub, lakin hazırda onun mərkəzi ulduzun kənarına doğru yerini dəyişib.

Onların fikrincə, mütəxəssislər hələlik fəallığın azalması əlamətlərini görmürlər, lakin bu atılmanın Yer kürəsinə təsir ehtimalı minimum səviyyədədir.

"İstənilən halda, bu cür vəziyyətdə frontal zərbələrin olması istisna edilir", - deyə laboratoriyadan əlavə ediblər./oxu.az

Bizə qoşulun