Medianews.az
Gözlənilməz hadisə:
62 baxış

Gözlənilməz hadisə: Maşındakı it qadını güllələdi

ABŞ-də qeyri-adi hadisə baş verib. Bir itin avtomobildə təsadüfən tüfəngə toxunması nəticəsində silahdan atəş açılıb və yaxınlıqdakı qadın yaralanıb.

Medianews.az xəbər verir ki, hadisə Nebraska ştatının Skottsbluff şəhərində yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Bildirilir ki, avtomobildə olan it arxa oturacaqda yerini dəyişərkən ov tüfənginə toxunub. Nəticədə açılan atəş avtomobilin qapısından keçərək işıqforda dayanan başqa bir maşındakı qadının qoluna dəyib.

Yaralı xəstəxanaya çatdırılıb və onun həyatına təhlükə olmadığı açıqlanıb.

Polis bildirib ki, Nebraska ştatında avtomobildə yüklü silah saxlamaq qanunsuzdur. Hadisədən sonra silah sahibi saxlanılıb və onu cərimə gözləyir. İt isə xəsarət almayıb və sonradan sahibinə qaytarılıb.

Medianews.az

Bizə qoşulun