"Miss Australia 2024" müsabiqəsinin 28 yaşlı finalçısı Elizabet Kalaşın oğru ilə davası gündəm olub.
Medianews.az xəbər verir ki, modelin sözlərinə görə, hər şey cinayətkarın avtomobili oğurlamaq istəyi ilə başlayıb.
Həmin vaxt Elizabetin 60 yaşlı atası oğru ilə dava edib. Səslər eşidən model atasının müdafiəsinə qalxıb və oğuru ilə mübarizə aparmağı bacarıb.
Oğru, şərikləri ilə birlikdə qaçıb.
Hadisə yerindən uzaqlaşarkən avtomobil Elizabetin ayağının üstündən keçib. Kişi ayağından ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. O, indi evdədir.
Elizabet inanır ki, cinayətkarlar ondan belə müqavimət gözləmirdilər, ona görə də onlar maşını oğurlamaq fikirlərini dəyişib oradan uzaqlaşıblar. Model, atasının əzab çəkməsinə dözmədiyini və adrenalinin təsiri altında hərəkət etdiyini deyib.
Medianews.az