Medianews.az
Qarlı havaya hazırlaşan Bakı yağışa TƏSLİM OLDU:
131 baxış

Qarlı havaya hazırlaşan Bakı yağışa TƏSLİM OLDU: Küçələri su basıb - VİDEO

Bakı Metropoliteninin "28 May" stansiyasının yaxınlığında güclü yağışlardan sonra yollarda suyun yığılması nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Oxu.Az-a daxil olan görüntülərdən məlum olur ki, ərazidə kanalizasiya sisteminin işləməməsi nəticəsində yağış suları yolda toplanıb.

Bu isə həm piyadaların, həm də sürücülərin hərəkətinə maneə törədir.

Hazırda ərazidə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların tədbir görüb-görmədiyi barədə məlumat yoxdur.

Məlumat üçün bildirək ki, "Sədərək" ticarət mərkəzini də su basıb.

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.

Qeyd edək ki, noyabrın 26-da qış mövsümünə hazırlıqla bağlı Bakının rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yaymışdı.

Məlumatda qeyd olunmuşdu ki, şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə BŞİH hər bir rayona cavabdeh şəxs təyin edib.

Bizə qoşulun