Medianews.az
“Sovetski”də yağış sökülən evlərin qonşuluğunda yaşayanların mənzilinə keçib -
152 baxış

“Sovetski”də yağış sökülən evlərin qonşuluğunda yaşayanların mənzilinə keçib - FOTOLAR

Məlum olduğu kimi, Bakının mərkəzində yerləşən, “Sovetski” adlanan ərazidə söküntü işlərinə başlanıb. Proses Mərkəzi Parkın genişləndirilməsinin davamı olaraq aparılır.

Əmlakı sökülənlərə yaşayış sahələri üçün hər kvadratmetrə görə 2700, qeyri-yaşayış sahələri üçün isə 3000 manat təklif olunur. Bir çox sakin, xüsusilə yaşayış sahəsi kiçik, məsələn, 20 kvadratmetr civarında olanlar təzminat məbləğindən narazıdırlar. Onların arasında heç olmasa kiçik evlərin söküntüsünə görə daha artıq təzminat veriləcəyi, yaxud mənzillə təmin olunacaqları ümidi ilə gözləyənlər var.

Lakin necə deyərlər, sən saymağında ol, görək söküntünü aparan qurumlar nə sayır.

Həmin qurumlar evini, obyektini satıb gedənlərin əmlakını dərhal söküb dağıtmaqla məşğul olurlar, qonşuluqda hələ yaşayanların bundan nə ziyan çəkəcəyi isə onları maraqlandırmır.

Dekabrın 5-dən Bakıda yağışlar intensivləşib.

Medianews.az saytına daxil olan məlumata görə, “Sovetski”də nizamsız, xaotik aparılan söküntünün bir fəsadı da elə bu yağışlarla üzə çıxıb. Əslində dizə çıxıb.

Bəlli olduğu kimi, “Sovetski”də evlərin çoxu bir-birinə bitişikdir. Söküntünü aparanlar isə buna qətiyyən fikir vermirlər. Yaxud da bilərəkdən elə sökürlər ki, qalanı da verilən təzminata “qənimətdir!” deyib baş götürüb qaçsın. Belə ki sökülən evlərin qonşuluğunda yerləşən mənzilləri su basmaqdadır. Dekabrın 5-də yağan yağış “Sovetski”də təkcə küçərlərə deyil, həm də damı-daşı dağıdılmış mənzillərin qonşuluğunda yaşayanların evinin içinə yağıb.

Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 11, ev 5-də ağır şəkər xəstəsi olan anası ilə birlikdə yaşayan Çingiz Qismət oğlu Əliyev bu faktı təsdiqləyən fotoları Medianews.az-a təqdim edib.

Bizə qoşulun