Medianews.az
TƏCİLİ: Saytlarda, bank tətbiqlərində yenə qapanmalar baş qaldırdı -
130 baxış

TƏCİLİ: Saytlarda, bank tətbiqlərində yenə qapanmalar baş qaldırdı - SƏBƏB

Azərbaycanda bir sıra saytların, bank tətbiqlərinin fəaliyyətində dayanmalar müşahidə olunur.

Texnobloger Fərid Pərdəşünasın Medianews.az-a bildirdiyinə görə, səbəb yenə "Cloudflare" platformasında baş qaldırmış problemlərdir.

Xatırladaq ki, noyabrın ikinci ongülüyündə də oxşar problem yaranmış, qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin şəbəkəsində genişmiqyaslı texniki problemlərə görə Azərbaycanda bəzi onlayn resurslara giriş qapanmışdı.

Medianews.az bildirir ki, "Cloudflare" mərkəzi ofisi ABŞ-da yerləşən nəhəng texnologiya şirkətidir. 2009-cu ildə təsis olunub. Şirkətin dünyanın ayrı-ayrı ölkələrində də ofisləri var.

Şirkət əsasən veb saytların təhlükəsizliyi, sürəti və etibarlı işləməsi üçün xidmətlər təqdim edir.

Həmin xidmətləri belə sıralamaq olar:

CDN (Content Delivery Network) – məzmunu istifadəçiyə ən yaxın serverdən çatdıraraq saytların daha sürətli açılmasını təmin edir.

DDoS hücumlarına qarşı qoruma – veb saytları çoxsaylı kiberhücumlara qarşı müdafiə edir.

DNS xidməti – sürətli və etibarlı domen adı sistemi xidmətləri göstərir.

SSL sertifikatları – HTTPS təhlükəsiz bağlantılarla istifadəçi məlumatlarını qoruyur.

WAF (Web Application Firewall) – zərərli trafiki süzgəcdən keçirir və tətbiq səviyyəsində qoruma təmin edir.

“Cloudflare” həmçinin "Zero Trust" təhlükəsizlik modeli, analitika, və süni intellekt əsaslı təhdid aşkarlama kimi müasir həllər də təklif edir.

Dünyada milyonlarla sayt, o cümlədən dövlət-hökumət portalları, iri şirkətlərin, media qurumlarının onlayn resursları “Cloudflare”dən istifadə edir.

Medianews.az

Bizə qoşulun