Medianews.az
Türkiyədə qanunsuz mərc əməliyyatında daha bir məşhur
458 baxış

Türkiyədə qanunsuz mərc əməliyyatında daha bir məşhur saxlanıldı

Türkiyə futbolunda qanunsuz mərc fəaliyyəti ilə bağlı aparılan genişmiqyaslı əməliyyatlar zamanı saxlanılan şəxslərdən daha birinin kimliyi müəyyənləşib.

Medianews.az xəbər verir ki, saxlanılanlar arasında tanınmış türk futbol hakimi Zorbay Küçük də var.

Araşdırmalar çərçivəsində onun bank hesabları detallı şəkildə yoxlanılıb və hesablar üzərində aparılan maliyyə əməliyyatlarında ciddi uyğunsuzluqlar, izahı çətin olan pul dövriyyəsi aşkarlanıb.

Məhz bu şübhəli tranzaksiyalar səbəbindən hakim polis tərəfindən dindirilməyə aparılıb və hazırda araşdırma çərçivəsində saxlanılır. İstintaqın davam etdiyi, daha çox adın açıqlanacağı ehtimal olunur.

Medianews.az

Bizə qoşulun