Hindistandan olan üç yaşlı Sarvaqya Sinqh Kuşvaha tarixdə Dünya Şahmat Federasiyasının (FIDE) reytinq siyahısına daxil edilmiş ən gənc oyunçu olub.
Medianews.az xəbər verir ki, Kuşvaha özündən bir ay böyük həmyerlisi Aniş Sarkarunun nailiyyətini üstələyib.
Kuşvahanın atası bildirib ki, uşaq oyunun qaydalarını tez öyrəndiyi üçün ailə onun məşqini davam etdirmək qərarı alıb. Onlar uşaq üçün məşqçi tutaraq fərdi dərslər təşkil ediblər.
Oğlan öz ölkəsində bir neçə turnirdə iştirak edib və böyüklər üzərində qalibiyyət əldə etməyi bacarıb. Bu, ona FİDE reytinq sistemində yer tutmağa imkan verib.
Medianews.az


