Medianews.az
Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
44 baxış

Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Medianews.az-ın APA-ya istinadən məlumatına görə, qəza rayon ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun