Psixoloq Kristina Morozova bildirib ki, gecələr yorğun olmasına baxmayaraq telefonda uzun müddət vaxt keçirmək “yuxu prokrastinasiyası” adlanan psixoloji vəziyyətlə bağlıdır.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, sosial şəbəkələr və videolar beyində dopamin ifrazını artırdığı üçün insan telefondan ayrılmaqda çətinlik çəkir. Mütəxəssis əlavə edib ki, stress, narahatlıq və gün ərzində özünə vaxt ayıra bilməmək də bu davranışı gücləndirir.
ORMATEK şirkətinin nümayəndəsi Olesya Solodkova isə qeyd edib ki, düzgün seçilməyən döşək və yastıq da yuxu problemlərinə səbəb ola bilər. Onun sözlərinə görə, narahat yatış vəziyyəti bədənin rahatlamasına mane olur və insanın yuxuya getməsini gecikdirir.
Medianews.az