Medianews.az
Futbolda bu da oldu: Meydana girən "müqəddəs" inəyi çıxarmaq istəmədilər -
145 baxış

Futbolda bu da oldu: Meydana girən "müqəddəs" inəyi çıxarmaq istəmədilər - FOTOLAR

Matç zamanı meydana hər hansı bir heyvanın çıxması ehtimalı heç vaxt sıfıra bərabər olmur.

Publika.az xəbər verir ki, adətən bu cür hallarda pişiklər, itlər, bəzən də göyərçinlər görünür. Lakin oyunun iri buynuzlu heyvan tərəfindən dayandırılması kifayət qədər nadir hadisədir.

Hindistan Superliqasında “Sundarban Bengal Auto” ilə “Kopa Tigers Birbhum” komandaları arasında keçirilən qarşılaşmanın 68-ci dəqiqəsində meydana qəfil bir inək çıxıb. Maraqlısı odur ki, heyvanı nə qovublar, nə də dərhal oyundan kənarlaşdırmağa çalışıblar. İnəyə istədiyini etmək imkanı verilib.

Bu zaman yerli polis vəziyyətlə bağlı hara müraciət edəcəyini və heyvanın kimə məxsus olduğunu aydınlaşdırmağa çalışıb. Digərləri isə inəyin meydandan qaçmamasına nəzarət ediblər.

Hadisənin necə başa çatdığı dəqiq bilinməsə də, bir fakt dəyişməz qalıb: inək meydandakı yaşıl otları rahatlıqla yeyib.



Bizə qoşulun