Medianews.az
İran pulu sürətlə enir:
171 baxış

İran pulu sürətlə enir: Etirazlar fonunda dollar yeni rekord vurdu

İranda milli valyuta — riyal — sürətlə dəyər itirməyə davam edir.

Musavat.com xəbər verir ki, son göstəricilərə görə, 1 ABŞ dolları 42 125 riyala qədər bahalaşıb. Bu, ötən həftə ölkə üzrə etirazların başlamasından bəri təxminən 4 faizlik ucuzlaşma deməkdir.

Məlumata görə, riyalın zəifləməsi daxili siyasi gərginlik, bazarlarda panika və gələcək iqtisadi risklərlə bağlı gözləntilərin artması fonunda baş verir. Valyuta bazarında qeyri-müəyyənlik güclənir, idxal qiymətləri yüksəlir, inflyasiya təzyiqləri isə daha qabarıq hiss olunur.

İran hökuməti ölkədə ciddi iqtisadi problemlərin mövcudluğunu etiraf edir. Prezident Məsud Pezeşkian bildirib ki, mövcud çətinliklərə baxmayaraq, hökumət inflyasiyanı süni şəkildə artırmaq üçün əlavə pul emissiyasına getməyəcək. Onun sözlərinə görə, pul çapı qısamüddətli rahatlıq yaratsa da, uzunmüddətli perspektivdə vəziyyəti daha da ağırlaşdıra bilər.

Bizə qoşulun