Naməlum bir treyder Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılacağına dair mərc edərək təxminən 410 min dollar gəlir əldə edib.
Musavat.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, anonim hesab Polymarket platformasında cəmi bir ay əvvəl peyda olub. Treyder artıq 27 dekabr tarixində ABŞ-ın 31 yanvaradək Venesuelaya müdaxilə edəcəyi ssenarisi üzrə kontraktlar almağa başlayıb. İlkin mərclərin həcmi cəmi 96 dollar olub, lakin növbəti günlərdə məbləğ mərhələli şəkildə artırılıb.
Hadisə maliyyə və siyasi dairələrdə suallar doğurub: bu, sadəcə uğurlu təsadüfdür, yoxsa kimsə hadisələrin gedişi barədə digərlərindən daha çox məlumatamı malik idi?