Portuqaliya millisinin üzvü Juan Kanselu hazırda çıxış etdiyi "Əl-Hilal" klubunu tərk etmək niyyətindədir.
Milli.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano açıqlama verib.
Məlumata əsasən, İtaliyanın "İnter" klubu Səudiyyə Ərəbistanı təmsilçisinə maraqlı təklif irəli sürüb. Milan klubu müdafiəçisi Françesko Açerbini Kanselu ilə birbaşa dəyişmək variantını gündəmə gətirib.
Eyni zamanda, "Barselona" da 31 yaşlı cinah müdafiəçisini heyətinə qatmaq istəyən klublar sırasındadır. Bildirilir ki, Kanselu bu həftə gələcək karyerası ilə bağlı yekun qərarını verəcək.
Qeyd edək ki, Juan Kanselu 2024-cü ilin yayından etibarən "Əl-Hilal"ın formasını geyinirdi.