Türkiyənin məşhur pop müğənnisi Bengü uzun fasilədən sonra yenidən Bakıya gəlir.
Musavat.com xəbər verir ki, sənətçi sonuncu dəfə 2013-cü ildə Azərbaycanda konsert proqramı ilə çıxış edib.
Aradan keçən 13 ildən sonra Bengü paytaxtımıza qayıdaraq pərəstişkarları ilə görüşəcək.
Müğənninin 21 fevral tarixində baş tutacaq konserti Bakı Konqres Mərkəzində keçiriləcək. Gecə ərzində Bengü özünün illərdir sevilən və dillər əzbəri olan hitlərini səsləndirəcək. Konsert proqramına “İki Melek”, “Unut Beni”, “Korkma Kalbim” kimi məşhur mahnılarla yanaşı, sənətçinin müxtəlif dövrlərdə təqdim etdiyi digər populyar ifalar da daxil ediləcək.