Medianews.az
Çempionlar Liqasında "Qarabağ"a iki qol vuran futbolçu Yunanıstan klubuna
144 baxış

Çempionlar Liqasında "Qarabağ"a iki qol vuran futbolçu Yunanıstan klubuna transfer olunub

Yunanıstanın AEK komandası Macarıstan millisinin futbolçusu Barnabaş Varqanı transfer edib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.

Futbolçu son olaraq ölkəsində "Ferentsvaroş"un formasını geyinib və cari mövsüm ölkə çempionatında 17 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Varqa bundan əlavə, UEFA Çempionlar Liqasında 6 görüşdə 6 qol, Avropa Liqasında isə 6 qarşılaşmada 4 qolla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Barnabaş Varqa 6 qoldan ikisini bu mövsüm qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində "Qarabağ"a qarşı keçirilən oyunlarda vurub.

Bizə qoşulun