"Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiol aldığı ciddi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Milli.Az-ın yaydığı məlumata görə, xorvatiyalı futbolçu Premyer Liqanın XX turunda "Çelsi" ilə başa çatan oyun zamanı (1:1) zədələnib.
Bildirilir ki, 23 yaşlı müdafiəçinin sağ baldır sümüyündə sınıq aşkarlanıb və onun əməliyyat olunması zəruridir. Həkimlərin ilkin rəyinə əsasən, Qvardiolun mövsümün qalan hissəsində meydana çıxmaması ehtimalı yüksəkdir.
Qeyd edək ki, Yoşko Qvardiol cari mövsümdə bütün turnirlərdə 23 oyunda forma geyinib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.