Fransa ABŞ və İsrailin İranla qarşıdurmasının davam etdiyi bir vaxtda Yaxın Şərqdə yerləşən fransız hərbi bazalarının ABŞ tərəfindən müvəqqəti istifadəsinə icazə verib.
Medianews.az-ın məlumatın görə, bu addım Körfəz bölgəsindəki müttəfiqlərin təhlükəsizliyinə dəstək məqsədi daşıyır.
Mənbələr ABŞ hərbi təyyarələrinin regiondakı fransız bazalarında müvəqqəti yerləşdirilməsinə icazə verildiyini bildiriblər.
Qeyd olunur ki, bundan əvvəl Böyük Britaniya da bölgədəki bazalarının İran əleyhinə əməliyyatlarda istifadəsinə razılıq vermişdi.
Medianews.az