Pakistanın xarici işlər naziri İshaq Darla iran xarici işlər naziri Abbas Arakçı arasında telefon danışığı baş tutub.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, danışıq zamanı İran və ABŞ arasında yaranmış gərginliyin azaldılmasına çağırış edilib.
İshaq Dar bildirib ki, tərəflər 2026-cı ilin iyununda İslamabad Anlaşma Memorandumunda razılaşdırıldığı kimi, gərginliyin azaldılması yolunu tutmalı və təmkin nümayiş etdirməlidirlər./axar.az