Medianews.az
Fenomenə toyunda o qədər qızıl taxdılar ki, tərpənə bilmədi -
129 baxış

Fenomenə toyunda o qədər qızıl taxdılar ki, tərpənə bilmədi - VİDEO

Türkiyənin sosial media fenomeni Çağla Öz ilə “Kara Haydar” ləqəbi ilə tanınan iş adamı Haydar Karanın toy mərasimi sosial şəbəkələrdə gündəm olub.

Medianews.az Lent.az-a istinadla xəbər verir ki, toyun ən çox müzakirə olunan məqamı isə qızıl taxma mərasimi olub.

Mərasim zamanı Çağla Özə külli miqdarda qızıl hədiyyə edilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə qızıl taxma mərasiminin dəqiqələrlə davam etdiyi əks olunub.

Bildirilib ki, xüsusi hazırlanmış kəmərlər, qalın bilərziklər və müxtəlif qızıl dəstləri səbəbindən gəlin hərəkət etməkdə çətinlik çəkib. Taxılan zinət əşyalarının ümumi dəyərinin milyonlarla lirə olduğu iddia edilir.

Təmtəraqlı nişan mərasimi qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub.

Bizə qoşulun