Medianews.az
Ermənistanda nələr bahalaşıb?
183 baxış

Ermənistanda nələr bahalaşıb?

Fevralda Ermənistanın istehlak bazarında 2025-ci ilin eyni ayına nəzərən 4,3 faiz bahalaşma qeydə alınıb.

Medianews.az-ın məlumatına görə, Statistika Komitəsi ərzaq və spirtsiz içkilərdə qiymət artımını 6,5 faiz, spirtli içkilər və tütün məmulatlarında 10,3 faiz, kommunal xidmətlərdə 0,5 faiz, geyim və ayaqqabılarda 0,6 faiz göstərir.

Təhsil xidmətlərinin 8,3 faiz, səhiyyə xidmətlərinin 4,5 faiz, ictimai iaşə və mehmanxana xidmətlərinin 4 faiz, nəqliyyat xidmətlərinin 3,6 faiz, rabitə xidmətlərinin 0,3 faiz bahalaşdığı xəbər verilir.

Rəsmi hesabata əsasən, məişət əşyaları və texnikası 0,1 faiz, istirahət və mədəniyyət xidmətləri 0,4 faiz ucuzlaşıb.

Medianews.az

Bizə qoşulun