Medianews.az
Ermənistanda müzakirə:
106 baxış

Ermənistanda müzakirə: parlamentin sədri kim olacaq?

Ermənistanda parlament sədri postuna namizədlər müzakirə olunur.

Medianews.az xəbər verir ki, hakim Vətəndaş Sazişi Partiyasında sədrliyə üç namizədin adı çəkilir: parlamentin hazırkı spikeri Alen Simonyan, vitse-spiker Ruben Rubinyan və Vətəndaş Sazişi fraksiyasının rəhbəri Hayk Koncoryan.

Seçki kampaniyası zamanı Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsun da adı spikerliyə namizəd kimi hallanıb. Lakin partiyadaşlarından heç kim ona bu postu təklif etməyib.

Ermənistan KİV-lərinin məlumatına görə, Simonyan Paşinyanın məhz onun namizədliyini dəstəkləyəcəyinə əmindir və bunu yaxın çevrəsində açıq şəkildə dilə gətirir.

Yekun qərar partiyanın idarə heyəti tərəfindən qəbul ediləcək, bundan sonra parlament fraksiyasına təqdim olunacaq.

Xatırladaq ki, iyunun 7-də keçirilmiş parlament seçkisinin nəticələrinə görə, 105 nəfərlik qanunverici orqana üç qüvvə mandat alır: baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 64, Güclü Ermənistan bloku 29, Ermənistan bloku 12 yer götürür.

Bununla Vətəndaş Sazişi Partiyası yenidən hökumət qurmaq hüququ əldə edir.

Medianews.az

Bizə qoşulun