2026-cı ilin yanvarında Ermənistanın xarici ticarət dövriyyəsi bir il öncəyə nəzərən 12 faiz azalıb.
Medianews.az bildirir ki, hesabatı yayan Statistika Komitəsi ixracda geriləməni 13,5 faiz, idxalda 11,2 faiz göstərir.
Rəsmi açıqlamaya görə, ümumi daxili məhsulda 7,6 faiz, sənaye istehsalında 10,6 faiz, tikinti sektorunda 18,7 faiz, xidmət sahəsində 7,4 faiz, ticarət dövriyyəsində 0,7 faiz yüksəliş qeydə alınıb.