Medianews.az
Ermənilərdən ayı cildində fırıldaqçılıq  –
118 baxış

Ermənilərdən ayı cildində fırıldaqçılıq – Həbs olundular

ABŞ-də qeyri-adi sığorta fırıldaqçılığı ifşa olunub. 

Medianews.az xəbər verir ki, bir qrup şəxs əyninə süni ayı dərisi geyinərək bahalı avtomobillərə zərər yetirib və hadisəni “vəhşi heyvan hücumu” kimi təqdim edib.

26 yaşlı Ruben Tamrazyan, 32 yaşlı Vaqe Muradxanyan və 39 yaşlı Alfiya Sukerman bu planla sığorta şirkətlərindən 141,8 min dollar almaq istəyiblər. Onlar iddia ediblər ki, 2024-cü ilin yanvarında Kaliforniyanın Leyk-Ərrouhed bölgəsində ayı onların üç avtomobilinə zərər verib. Lakin mütəxəssislər videonu araşdıraraq “ayı”nın əslində insan olduğunu müəyyən ediblər.

Məhkəmə nəticəsində üç nəfər 180 gün həbs cəzası alıb (cəzanı həftəsonları çəkməklə), həmçinin kompensasiya ödəməyə məcbur edilib. Dördüncü iştirakçı - 39 yaşlı Ararat Çirkinyan sentyabrda məhkəmə qarşısına çıxarılacaq.

Medianews.az

Bizə qoşulun