Medianews.az
Ərdoğan helikopter qəzasına görə başsağlığı verdi
127 baxış

Ərdoğan helikopter qəzasına görə başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən helikopter qəzasında ölənlərin ailələrinə başsağlığı verib.
Medianews.az xəbər verir ki, Ərdoğan bu barədə X hesabında yazıb.
"Qətərdə baş verən helikopter qəzasında Türk Silahlı Qüvvələrimizin və ASELSAN personalımızın, eləcə də Qətər Silahlı Qüvvələri mənsublarının şəhid olduğu xəbərini böyük kədərlə öyrəndim. Bu ağır qəzada şəhid olan qəhrəman əsgərimizə, ASELSAN əməkdaşlarına, dost və qardaş Qətərin əsgərlərinə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı diləklərimi çatdırıram. Ölkəmizin, millətimizin və Qətər xalqının başı sağ olsun", - Ərdoğan bildirib.
Qeyd edək ki, ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub.

\Axar.az\

Bizə qoşulun