Medianews.az
Əraqçi: “İslamabad Sazişi” bu tarixdə imzalaya bilər
98 baxış

Əraqçi: “İslamabad Sazişi” bu tarixdə imzalaya bilər

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə aparılan danışıqların gedişinə dair yeni açıqlama verib.

Əraqçinin sözlərinə görə, Tehran və Vaşinqton arasında münaqişənin həlli üzrə danışıqlar prosesi iki mərhələyə bölünüb və tərəflər ilk sazişin rəsmiləşdirilməsinə yaxınlaşıb.

O bildirib ki, İran və ABŞ nümayəndə heyətləri 19 iyun tarixində İsveçrədə “İslamabad Sazişi”ni imzalaya bilər.

Əraqçi vurğulayıb ki, yekun razılaşma nüvə məsələləri və sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını nəzərdə tutur./publika.az

Bizə qoşulun