Mayın 9-10-u Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycanı 9 çəki dərəcəsində 26 cüdoçu (23 kişi, 3 qadın) təmsil edəcək. Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Beynəlxalq turnirdə 17 ölkədən 208 idmançı (150 kişi, 58 qadın) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Rəşad Əliyev, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev də yer alacaq.
Azərbaycan millisinin heyəti belədir:
Kişilər
-60 kq
Babarəhim Mirzəyev
Murad Əliyev
Murad Muradlı
Məhəmməd Məmişov
Şamo Hüseynov
-66 kq
Yaşar Nəcəfov
Hüseyn Allahyarov
Zahir Ağazadə
İslam Rəhimov
Nizami İmranov
Bəhram Qurbanlı
Elşən Əsədov
Nazir Talıbov
-73 kq
Nadir İmanov
Rüfət Şövlətov
Nəriman Mirzəyev
Elton İmranov
-90 kq
Xəyyam Əliyev
-100 kq
Nihad Şıxəlizadə
Əjdər Bağırov
Şahin Əsədov
Elmar Qasımov
+100 kq
Qurban Məmmədli
Qadınlar
-48 kq
Diana Tçkayeva
-57 kq
Ülviyyə Bayramova
+78 kq
Madina Kaisinova