Medianews.az
Ayını görən “əlil”in ayaqları açıldı
115 baxış

Ayını görən “əlil”in ayaqları açıldı - VİDEO

ABŞ-də məhkəmə prosesi zamanı özünü təqsirsiz göstərməyə çalışan şəxs bütün həyatını əlil arabasında keçirdiyini iddia edərək cəzadan yayınmağa çalışıb.

Medianews.az xəbər verir ki, hakim onun bu izahını inandırıcı saymayıb.

Məhkəmə zalında təqsirləndirilən şəxsi yoxlamaq üçün qeyri-adi metoddan istifadə edilib. Polis əməkdaşlarından biri süni ayı cildinə girərək arxadan ona yaxınlaşıb. “Ayı”nı görən kimi təqsirləndirilən şəxs əlil arabasından atılıb qaçmağa çalışıb. Bununla da onun əlilliklə bağlı dediklərinin yalan olduğu əyani şəkildə sübuta yetirilib və ağır cinayətdə ittiham olunan şəxsə ömürlük həbs cəzası verilib.

Medianews.az

Bizə qoşulun