Medianews.az
Ebru Gündeşin əri buna görə saxlanılıb -
1,228 baxış

Ebru Gündeşin əri buna görə saxlanılıb - ŞOK İTTİHAM

Xəbər verdiyimiz kimi, məşhur müğənni Ebru Gündeşin əri, iş adamı Murat Özdemir İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan “Səlahəddin Yılmaz Cinayət Təşkilatı” istintaqı çərçivəsində saxlanılıb.

Medianews.az xəbər verir ki, Özdemir Acarkentdəki villasında polis tərəfindən əməliyyatla yaxalanıb.

Polis bölməsində ifadəsi alındıqdan və ilkin əməliyyat prosedurları tamamlandıqdan sonra o, ədliyyəyə gətirilib. Prokurora ifadə verən Özdemir, barəsində heç bir həbs və ya məhkəmə nəzarəti qərarı çıxarılmadan sərbəst buraxılıb.

İstanbulda aparılan genişmiqyaslı istintaq çərçivəsində Səlahəddin Yılmazın rəhbərlik etdiyi iddia edilən mütəşəkkil cinayət təşkilatına qarşı çoxsaylı saxlanılma və həbslər həyata keçirilib. Murat Özdemirin adı da istintaq materiallarına daxil edilib.

İddialara görə, Özdemir cinayət təşkilatının göstərişləri əsasında bir neçə sənaye zonasına təzyiq göstərib və bundan qazanc əldə edib. Lakin prokurorluqda verdiyi ifadədən sonra onun sərbəst buraxılması qərara alınıb.

Qeyd edək ki, Ebru Gündeşin şəxsi həyatı əvvəllər də məhkəmə prosesləri ilə gündəmə gəlib. Onun keçmiş əri Rıza Zərrab 2016-cı ildə ABŞ-də bank fırıldaqları və çirkli pulların yuyulması ittihamı ilə həbs olunmuş, daha sonra etirafçı kimi ifadə vermişdi.

Medianews.az 

Bizə qoşulun