Medianews.az
Öldürdüyü gəncin kəsilmiş
213 baxış

Öldürdüyü gəncin kəsilmiş başı ilə qaçdı

Cənubi Afrikada bir kişi gənc oğlanı ailəsinin gözü qarşısında güllələyib və başını kəsib.

Medianews.az xəbər verir ki, bu barədə “Times Live” məlumat yayıb.

Qətl Şərqi Keypdə ailə mərasimi zamanı baş verib. Qohumların sözlərinə görə, mərasimdə ailə üzvləri, qonşular və kənd sakinləri iştirak edib.

Mərhumun babası hücumun qəfil baş verdiyini bildirib. Kişi qəfildən gənc oğlana tərəf qaçaraq ona atəş açıb və sonra başını kəsib. Mərhumun anası müdaxilə edib hücumçunu dayandırmağa çalışıb, lakin hücumçu ona da atəş açıb. Qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Qırğından sonra qatil kəsilmiş başla qaçıb və bir anda onu qonşusunun həyətinə atıb. Cinayətkar saxlanılıb və cinayət işi açılıb. Qurbanın qohumları baş verənlərin səbəblərini başa düşmədiklərini bildiriblər.

Medianews.az

Bizə qoşulun