Medianews.az
Yeni il gecəsi ölənlərin kimliyi məlum oldu - Ən kiçiyinin 14 yaşı olub... -
96 baxış

Yeni il gecəsi ölənlərin kimliyi məlum oldu - Ən kiçiyinin 14 yaşı olub... - FOTO

İsveçrənin Krans-Montana xizək kurortunda Yeni il gecəsi barda baş verən ölümcül yanğın ilə bağlı polis ölən 40 nəfərin hamısının şəxsiyyətini müəyyən edib.

Milli.Az xəbər verir ki, hadisə ölkədə dərin kədər doğurub və 9 yanvar İsveçrədə milli matəm günü elan edilib.

Polisin məlumatına görə, yanğında həyatını itirənlərin yaşı 14-39 arasında dəyişir. Qurbanlardan 15-i 18 yaşdan kiçik olub. Ən gənc ölənlər 14 yaşlı isveçrəli qız və fransız oğlandır. Həlak olanlar arasında İsveçrə, İtaliya, Rumıniya, Türkiyə, Portuqaliya, Fransa və Belçika vətəndaşları, həmçinin Böyük Britaniya, Fransa və İsrail vətəndaşları var.

Yanğında ölən 40 nəfərdən başqa, 119 nəfər yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır, ciddi yanıq xəsarətləri alıblar. Altı yaralının şəxsiyyəti hələlik müəyyən edilməyib.

Faciənin baş verdiyi "Le Constellation" barını idarə edən fransız cütlüklə bağlı cinayət işi başlanıb. İlkin araşdırmalar yanğının şampan şüşələrinin tavana çox yaxın daşınması nəticəsində baş verə biləcəyini göstərir. Barın içindən yayılan videolarda tavan örtüyünün sürətlə alovlandığı anlar əks olunub.

Polis qurbanların ailələrinə hörmət əlaməti olaraq onlar haqqında əlavə məlumat yaymayacağını açıqlayıb.

Xatırladaq ki, İsveçrənin Krans-Montana xizək kurortunda 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, "Le Constellation" adlı iki mərtəbəli barda hələlik müəyyən edilməyən səbəbdən güclü partlayış baş verib. Partlayışdan sonra binada genişmiqyaslı yanğın yaranıb."Le Constellation" barı spirtli içki üçün yaş həddinin 16 olduğu kurort şəhərində əsasən gənclər arasında məşhur bir məkan kimi tanınırdı.

Bizə qoşulun