Medianews.az
Zədəsi sağalan Mahir Emreli əlavə testlərdən keçəcək
136 baxış

Zədəsi sağalan Mahir Emreli əlavə testlərdən keçəcək

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən və zədəsi yeni sağalan Azərbaycan millisinin futbolçusu Mahir Emreli əlavə testlərdən keçəcək.

Medianews.az report-a istinadən xəbər verir ki, hazırda fərdi məşqlər edən 28 yaşlı hücumçunun 2-3 həftə sonra meydana çıxa biləcəyi gözlənilir.

M.Emreli ötən ilin noyabrında "Herta" ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında II Bundesliqada cəmi 4 matçda meydanda olub. Forvardın adı həmçinin bir neçə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.

Bizə qoşulun