Türkiyədə məşhurlara qarşı aparılan genişmiqyaslı narkotik əməliyyatları davam etdirilir.
BAKU.WS xəbər verir ki, İstanbul mərkəzli istintaq zamanı bu dəfə "Kızılcık Şerbeti"ndə rol alan Doğukan Güngör saxlanılıb.
Hüquq-mühafizə orqanları tərəfindən məşhurlara qarşı narkotik və fahişəlik iddiaları üzrə aparılan araşdırma çərçivəsində ümumilikdə 26 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.
Gecə saat 01:00 radələrində İstanbul başda olmaqla 4 fərqli vilayətdə eyni vaxtda keçirilən əməliyyat nəticəsində 23 şübhəli gözaltına alınıb.
Hazırda istintaqın davam etdiyi bildirilir.