Medianews.az
Trampı öz atası
74 baxış

Trampı öz atası adlandırdı

55 yaşlı Türkiyə sakini Necla Özmen məhkəmələr vasitəsilə ABŞ prezidenti Donald Trampın onun atası olduğunu sübut etməyə çalışır.

Medianews.az xəbər verir ki, bu barədə DHA xəbər agentliyinin məlumat yayıb.

Özmen sentyabr ayında Ankara Ailə Məhkəməsində atalıq iddiasını qaldırıb. Onun sözlərinə görə, qeydiyyat sənədlərində valideynləri Satı və Dursun Özmen kimi qeyd olunub. Lakin o, amerikalı qadın Sofiyanın onun bioloji anası olduğuna inanır. O, iddia edir ki, Satı Özmən ölü doğulmuş uşaq dünyaya gətirib və eyni xəstəxanada Trampdan olan Sofiya yeni doğulmuş körpəsini Özmen ailəsinə verib.

Ankara sakininin sözlərinə görə, övladlığa götürən anası Trampı xəbərlərdə görüb və qadına onun atası olduğunu deyib.

"Bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Onun mənim atam olub-olmadığını bilmək istəyirəm. Onun üçün təsadüfən və ya qəsdən heç bir problem yaratmaq istəmirəm. Onun mənimlə danışmasını istəyirəm və əgər razılaşarsa, münasibətləri sübut etmək üçün DNT testi istəyirəm", - Özmen deyib.

Qadın Amerika prezidentinin yaxşı ata olduğuna və onu rədd etməyəcəyinə əminliyini ifadə edib.

Medianews.az

Bizə qoşulun