Xırdalan qəbiristanlığının vəziyyəti vətəndaşların narazılığına səbəb olub.
Şikayətçinin sözlərinə görə, qəbiristanlığın ərazisi baxımsız və pis haldadır.
Məlumata görə, vətəndaşlar daşların, mismarların üzərindən keçərək hərəkət etmək məcburiyyətində qalırlar.
Məsələ ilə bağlı açıqlama verən şəxs qeyd edib ki, əlavə pul xərcləyərək oranın bir hissəsini müəyyən qədər təmir etdirib, lakin ümumi vəziyyətin yalnız çox kiçik bir hissəsi düzəldilib. Qəbiristanlıq əməkdaşları isə bildirirlər ki, sahə artıq sex ərazisidir və idarə olunması onlara aid deyil.
Vətəndaşlar yolun və ərazinin təmizlənməsi, qəbiristanlığın normal vəziyyətə gətirilməsi üçün tədbir görülməsini tələb edirlər./Milli.az/