Medianews.az
25-ci mərtəbədən yıxılan qadın
91 baxış

25-ci mərtəbədən yıxılan qadın sağ qaldı

Taylandda bir qadın əri ilə mübahisə etdikdən sonra mənzil kompleksinin 25-ci mərtəbəsindən yıxılıb və sağ qalıb.

Medianews.az xəbər verir ki, hadisə dekabrın 28-də Pattayada baş verib.

Qadının qonşuları səhər tezdən xilasedicilərə zəng ediblər. Zəng edən şəxs qadının hündürlükdən yıxıldığını bildirib. Təcili yardım xidmətləri 26 yaşlı qadını üzgüçülük hovuzunun kənarında tapıblar. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Qonşular polisə bildiriblər ki, zərərçəkmişin adı Alvarado olub. O, 25-ci mərtəbədə adı və vətəndaşlığı açıqlanmayan xarici əri ilə yaşayırdı. Yıxılmadan əvvəl cütlük arasında səs-küylü mübahisə yaranıb və bu mübahisə qonşu mənzillərin sakinləri tərəfindən eşidilib. Polislər Alvaradonun yıxılmasının səbəbini müəyyən etməyə çalışır.

Xilasedicilər bildiriblər ki, taylandlı qadının xilas olmasına səbəb güclü külək olub və bu külək onu tutub və yıxılmasını bir qədər yumşaldıb. Zərərçəkənin əri əlavə istintaq aparılana qədər saxlanılıb.

Medianews.az

Bizə qoşulun