“Duza qoyulmuş kələm qadın sağlamlığı üçün super qidadır”.
Medianews.az xəbər verir ki, bunu endokrinoloq Yekaterina Yanq deyib.
Həkimin sözlərinə görə, duza qoyulmuş kələm immunitet sistemini gücləndirir və bədəndə iltihabı azaldır. Bu məhsulun ikinci faydası dərinin, saçın və qan damarlarının vəziyyətinin yaxşılaşdırmağa kömək etməsidir.
Mütəxəssis hesab edir ki, bu kələm forması da maddələr mübadiləsini gücləndirir, enerji səviyyəsini artırır və artıq çəki ilə mübarizə aparmağa kömək edir. O, həmçinin hormonal tarazlığı qorumaq üçün güclü bir vasitədir.
Endokrinoloq qeyd edib ki, gündə bir-iki yemək qaşığı ilə başlayın, tədricən üçdən beşə qədər artırın. Ən yaxşısı onu yeməyin əvvəlində istehlak etməkdir.
Medianews.az