ABŞ prezidenti Donald Tramp ölkədə mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri postuna Kevin Uorşu namizəd göstərib.
Medianews.az xəbər verir ki, Uorş bu gün Senat komitəsində ilk dinləməyə çıxacaq.
Onun namizədliyi qlobal maliyyə bazarlarında ciddi maraq doğurub.
Kevin Uorşun FES rəhbəri olacağı halda ABŞ-ın faiz siyasətinin yumşalıb-yumşalmayacağı və ya FES-in müstəqilliyini qoruyub-qorumayacağı əsas suallardandır.
Hazırkı FES rəhbəri Cerom Pauellin səlahiyyət müddəti mayda başa çatır. Senatda təsdiqləmə prosesi problemsiz keçsə, Kevin Uorş may-iyun aylarında yeni vəzifəsinin icrasına başlaya bilər.
Uorşın prioritetləri arasında FES-in balansının azaldılması, daha sadə pul siyasəti və daha sərt maliyyə strukturunun qurulması yer alır. Bu isə kredit faizlərinin artmasına səbəb ola bilər.
Eyni zamanda onun ABŞ hökumətinin faiz endirimi gözləntiləri ilə FES-in müstəqil qərarları arasında balans saxlayıb-saxlaya bilməyəcəyi əsas sınaq kimi qiymətləndirilir.
Medianews.az
