2026-cı ilin dövlət büdcəsi layihəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən cəmi 847 min manat ayırmaq proqnozlaşdırılır. Həmin vəsait Xocavənd rayonu üçün nəzərdə tutulub.
Qalan şəhər və rayonlara dotasiya ayrılmır.
Medianews.az bildirir ki, 2025-ci ilin dövlət büdcəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclər 5 milyon 275 min manat həddində rəsmiləşib. Həmin vəsait 5 rayon arasında bölünməlidir: Yardımlı, Kəlbəcər, Xocavənd, Xocalı, Cəbrayıl.
2026-cı ilin dövlət büdcəsi layihəsində gəlir proqnozu 38 milyard 609 milyon manat, xərc proqnozu 41 milyard 703,6 milyon manatdır.
Toğrul Əli,
Medianews.az