2025-ci il oktyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 253 min 647 nəfərə çatıb.
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-sentyabr aylarında 72210 doğulan, 44409 ölüm halı, 36332 nikah, 15480 boşanma qeydə alınıb, 2521 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib, 1564 nəfər ölkədən gedib.
Medianews.az bildirir ki, 2024-cü ilin üçüncü rübü ilə müqayisədə doğum 6,9 faiz, nikahlar 2,1 faiz, boşanmalar 4,8 faiz azalıb, ölüm halları 1,8 faiz artıb.
Toğrul Əli,
Medianews.az