Endokrinoloq Sofya Tsaturyan bildirib ki, şəkərli diabetdən əziyyət çəkən şəxslər qidalanmalarına xüsusi diqqət yetirməlidirlər.
Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, şəkər, konfet, şokolad, mürəbbə, bal və şirin un məmulatları kimi sadə karbohidratlarla zəngin qidalar qanda qlükoza səviyyəsini sürətlə artırdığı üçün məhdudlaşdırılmalıdır.
Bundan əlavə, qazlı içkilər, paket şirələri, energetik içkilər, ağ çörək, ağ düyü, yumşaq buğdadan hazırlanan makaron, kolbasa, sosiska və digər emal olunmuş məhsullar da diabet xəstələri üçün tövsiyə edilmir.
Mütəxəssis həmçinin banan, üzüm, xurma və əncir kimi yüksək şəkər tərkibli meyvələrin də ehtiyatla və məhdud miqdarda istehlak edilməsini məsləhət görüb.
Medianews.az