Konqo millisinin baş məşqçisi Sebastyen Dezabr dünya çempionatının 1/16 finalında İngiltərə ilə keçirilən oyundan sonra atasının vəfat etdiyini öyrənib.
Bu barədə keçirilən mətbuat konfransında federasiya rəsmisi bildirib.
Mətbuat konfransında verilən bu məlumatdan sonra 49 yaşlı mütəxəssis heyrətlənib. O daha sonra təşəkkür edərək konfrans otağından çıxıb.
Qeyd edək ki, Konqo millisi İngiltərə ilə oyunun ilk hissəsini öndə başa vursa da, üstünlüyünü qoruya bilməyərək 1:2 hesabı ilə məğlub olub. Bu qarşılaşma komandanın tarixində dünya çempionatının pley-off mərhələsində keçirdiyi ilk oyun idi./“Qafqazinfo”