Medianews.az
DÇ-2026 üçün Haiti millisinin forması
123 baxış

DÇ-2026 üçün Haiti millisinin forması məcburi dəyişdirildi

Futbol üzrə dünya çempionatında (DÇ-2026) Şotlandiya ilə ilk oyununa bir neçə gün qalmış Haiti millisi formasının dizaynını dəyişdirmək məcburiyyətində qalıb.

Bu barədə BBC məlumat yayıb. Bildirilir ki, yığmanın geyimində FIFA qaydalarına zidd olan hərbi səhnə əks olunub.

DÇ-2026-dan əvvəl baş tutan iki yoldaşlıq görüşündə istifadə edilən formada Haitinin müstəqilliyini təmin edən 1803-cü il Vertyere döyüşünün illüstrasiyası və ölkə bayrağı yer alıb. Lakin FIFA-nın nizamnaməsinə əsasən, idmançıların geyimləri üzərində hər hansı siyasi, dini və ya şəxsi ismarış və şüarların yerləşdirilməsi qəti qadağandır.

FIFA geyim qaydaları çərçivəsində bəzi vizual elementlərin fərqli şəkildə şərh olunacağını əldə əsas tutaraq, dizayna mütləq dəyişikliklərin edilməsini qərara alıb.

Qeyd edək ki, Haiti və Şotlandiya yığmaları arasındakı qarşılaşma iyunun 14-də Bakı vaxtı ilə saat 05:00-da başlayacaq./oxu.az

Bizə qoşulun