Medianews.az
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib -
157 baxış

DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİR-7

Futbol üzrə dünya çempionatında Tunis Yaponiya ilə qarşılaşıb.

Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar 4:0 hesablı qələbəyə seviniblər.

Qolları Daiti Kamada (4) Ayase Ueda (31, 83) və Cunya İto (69) vurublar.

Qeyd edək ki, bu qrupun digər oyununda Niderland İsveçə 5:1 hesabı ilə qalib gəlib.

09:46

Futbol üzrə dünya çempionatının Tunis - Yaponiya oyununda dördüncü qol vurulub.

Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalıların üstünlüklərini möhkəmləndiriblər- 4:0.

83-cü dəqiqədə Ayase Uefa dubl müəllifi olub.

09:30

Futbol üzrə dünya çempionatının Tunis - Yaponiya oyununda üçüncü qol vurulub.

Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalıların üstünlüklərini möhkəmləndiriblər- 3:0.

69-cu dəqiqədə Cunya İto fərqlənib.

09:05

Futbol üzrə dünya çempionatının Tunis - Yaponiya oyununda ikinci hissə başlayıb.

Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalıların üstünlüyü davam edir- 2:0.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

08:49

Futbol üzrə dünya çempionatının Tunis - Yaponiya oyununda ilk hissə yekunlaşıb.

Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar fasiləyə üstün yollanıblar - 2:0.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

08:32

Futbol üzrə dünya çempionatının Tunis - Yaponiya oyununda ikinci qol vurulub.

Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar üstünlüklərini artırıblar - 2:0.

31-ci dəqiqədə Ayase Ueda qapını dəqiq nişan alıb.

08:07

Futbol üzrə dünya çempionatının Tunis - Yaponiya oyununda ilk qol vurulub.

Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar hesabda irəli çıxıblar - 1:0.

4-cü dəqiqədə Daiti Kamada qapını dəqiq nişan alıb.

08:01

Futbol üzrə dünya çempionatının Tunis - Yaponiya oyunu başlayıb.

F qrupunun II turunun matçı Monterrey stadionunda keçirilir.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir./"Report"

Bizə qoşulun