Medianews.az
DÇ-2026-nın ulduzu necə klubda
103 baxış

DÇ-2026-nın ulduzu necə klubda çıxış etmək istədiyi AÇIQLADI

Kabo-Verde millisinin qapıçısı Vozinya gələcəyi və mümkün transferi barədə danışıb.

Medianews.az-ın məlumatına görə, 40 yaşlı qolkiper bildirib ki, onu yalnız marketinq baxımından deyil, futbolçu kimi dəyərləndirəcək klubda çıxış etmək istəyir.

"Ümid edirəm ki, mənə futbolçu kimi maraq göstərəcək və meydandakı töhfəmi qiymətləndirəcək klub tapacağam. 40 yaşımda hələ də oynamağım bu oyuna olan sevgimi göstərir. Daha ən azı bir-iki il çıxış etmək istəyirəm. Bu, bədənimin reaksiyasından asılı olacaq", – deyə Vozinya bildirib.

Qeyd edək ki, DÇ-2026 zamanı Vozinyanın sosial şəbəkə hesabındakı izləyici sayı böyük artım göstərərək 29 milyona çatıb. Daha əvvəl mətbuatda onun azad agent kimi "İnter Mayami" klubunun maraq dairəsində olduğu yazılmışdı.

Medianews.az

Bizə qoşulun