İspaniya millisinin və "Barselona"nın müdafiəçisi Pau Kubarsi DÇ-2026 zamanı komandanın müdafiə xətti və qapıçıları barədə səslənən tənqidlərə münasibət bildirib.
Medianews.az xəbər verir ki, Fransa üzərində 2:0 hesablı yarımfinal qələbəsindən sonra danışan futbolçu komandasının tənqidçilərə layiqli cavab verdiyini vurğulayıb.
"Müdafiə xəttimiz və qapıçılarımız haqqında çox danışılırdı. Amma biz çoxlarını susdurduq. Düşünürəm ki, müasir futbolda ən vacib amillərdən biri qapını toxunulmaz saxlamaqdır".
Qeyd edək ki, İspaniya Fransa millisini 2:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın finalına yüksəlib. Finalda ispanların rəqibi Argentina–İngiltərə cütünün qalibi olacaq.
Medianews.az